Yuxarı

Türkiyə sualı Toneri çaş-baş saldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sincar və Qaraçoq əməliyyatından sonra ABŞ əsgərləri sözügedən bölgədə PKK terror təşkilatının yüksək rütbəli üzvləri ilə görüntülənib.

Axar.az xəbər verir ki, ABŞ hərbçilərinin PKK liderlərini ziyarət etməsi Türkiyə tərəfindən birmənalı qarşılanmayıb.

Türkiyənin Anadolu Agentliyinin jurnalisti hadisə ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerə belə bir sual ünvanlayıb: “PKK-nı terror təşkilatı kimi qəbul etdiyinizi deyirsiniz, lakin Türkiyənin əməliyyatından sonra ABŞ hərbçiləri həmin bölgəyə gedib və yüksək rütbəli PKK liderləri ilə görüşüb. Bunu necə izah edə bilərsiniz?”

Toner sualdan yayınaraq, “Həmin fotonu görməmişəm. Məncə, bu sualda ABŞ hərbçisinə qarşı hörmətsizlik var”, - deyib.

Qeyd edək ki, Türkiyə qırıcıları Suriya və İraqda son əməliyyatlar zamanı 70-ə yaxın PKK terrorçusunu zərərsizləşdirib. Bu hücum ABŞ, Rusiya və İran tərəfindən narahatlıqla qarşılanıb.

Olaydan dərhal sonra isə ABŞ-ın yüksək rütbəli hərbçisinin bölgəyə getdiyini və PKK-çılarla görüşdüyünü təsdiqləyən fotolar yayılıb.

Tarix
2017.04.27 / 11:27
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla