Yuxarı

An-26 hərbi təyyarəsi qəzaya uğradı: hərbçilər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:46

Kubanın Barakoa Hava Limanından qalxan An-26 təyyarəsinin qəzaya uğraması barədə rəsmi məlumat yayılıb.

Axar.az xəbər verir ki, Kuba Müdafiə Nazirliyi 29 iyun, saat 6:38-də Playya Barakoa limanından havaya qalxan təyyarənin Loma-de-la-Pimenta rayonunda qəzaya uğradığını açıqlayıb. Qeyd olunub ki, Kuba İnqilabı Silahlı Qüvvələrinə aid olan hərbi təyyarənin göyərtəsindəki 8 hərbçinin hamısı həlak olub.

"Röyter" təyyarənin dağa çırpıldığını bildirib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan öncə An-26-nın sərnişin təyyarəsi olduğu barədə məlumat yayılmışdı. Bildirilirdi ki, göyərtəsində 39-a qədər sərnişin olan təyyarə “Aerogaviota” şirkətinə məxsus olub. Təyyarənin ölkənin şimalındakı Barakoa aeroportundan qalxıb, cənubda yerləşən Pinar-del-Rio rayonunda radarlardan itdiyi, qalıqlarının Las-Lomas-de-San-Kristobal rayonunda tapıldığı da qeyd edilirdi.

Hərbi-nəqliyyat təyyarəsi olan An-26 Kiyev aviazavodunda 1969-cu ildən istehsal edilib. 1986-cı ilə - son istehsal ilinə qədər 1400 ədəd buraxılıb. Bu təyyarələrdən bəziləri sonradan cəmi 43 sərnişin tutan An-26-100 təyyarəsinə rekonstruksiya edilib.

Tarixi ərzində 130 An-26 qəzası olub və bu qəzalarda 1300-dən çox insan ölüb.

Tarix
2017.04.30 / 02:27
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla