Yuxarı

Koalisiyadan tükürpədən açıqlama: 352 dinc sakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koalisiya qüvvələrinin İraq və Suriyada 2014-cü il avqustundan bu vaxta qədər endirdiyi hava zərbələri nəticəsində 352 dinc sakin həlak olub.

Axar.az xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin rəsmi məlumatında bildirilib. Ancaq etiraf edilən bu rəqəmlər digər rəsmi rəqəmlərlə üst-üstə düşmür.

Belə ki, İraq rəsmiləri yalnız 17 mart tarixində Mosula endirilən zərbələrdə 100 dinc sakinin öldüyünü açıqlayıb. “Airwars” müstəqil monitorinq qrupu isə mart ayı ərzində koalisiya qüvvələrinin endirdiyi zərbələrdə 1782 günahsız insanın öldüyünü təsdiqləyib.

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı da fərqli rəqəm açıqlayıb. Ötən ay ictimaiyyətə təqdim edilən hesabatda 2014-cü ilin avqustundan 2017-ci ilin martınadək Suriya və İraqda təsadüf nəticəsində 396 dinc sakinin öldüyü qeyd edilirdi.

Tarix
2017.05.01 / 00:33
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla