Yuxarı

Bəşər Əsəd Trampın dağıtdığı bazaya qayıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hərbçiləri qırıcıları və hərbi texnikanı Şayrat bazasına qaytarmağa başlayıblar.

Axar.az xəbər verir ki, NBS Nyus bu məlumatı ABŞ Müdafiə Nazirliyindəki 3 mənbəyə istinadla yayıb. Bildirilir ki, Suriya rejim qüvvələri bazadakı dağılan infrastrukturu bərpa ediblər və artıq Su-22 və MiQ-23 qırıcılarını aviabazaya yerləşdiriblər.

“Tezliklə onlar Şayratdan uçmağa başlayacaqlar”, - mənbə qeyd edib.

Suriya müxalifəti 4 apreldə İdlibin Xan-Şeyxun şəhərinə kimyəvi bomba atılması nəticəsində 80 dinc sakinin öldüyünü və 200 nəfərin yaralandığını bildirmişdi (bəzi mənbələrə görə, 100-dən artıq adam ölmüş, 500 nəfərsə yaralanmışdı). Günahkar olaraq Suriya silahlı qüvvələri göstərilmişdi. Bəşər Əsəd qüvvələri isə bu ittihamı rədd etmişdi.

ABŞ Bəşər Əsədin bu hücumuna cavab olaraq 7 apreldə Şayrat bazasına raket hücumu həyata keçirdi. Pentaqon bazanı 59 raket zərbəsi ilə darmadağın etdiyini açıqladı.

Tarix
2017.05.24 / 09:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla