Yuxarı

Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gəlib.

Ölkə.az xəbər verir ki, Ərdoğan Brüsseldə səfər zamanı Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron ilə görüşüb. İki ölkə rəhbəri Türkiyə ilə Avropa İttifaqı arasında yaranmış gərginlikdən çıxış yolları barədə danışıblar. Bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Ərdoğanla Makron arasında gürüş mətbuat nümayəndələri üçün bağlı olub. Görüş 45 dəqiqə çəkib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Verilən məlumata görə, görüş zamanı Suriya və İraq münaqişəsi də müzakirə obyekti olub. Danışıqlarda İŞİD terror təşkilatı başda olmaqla, bütün terror qruplaşmaları ilə mübarizə istiqamətləri müzakirə edilib. Terrorla mübarizədə kürd qruplaşmalarının kənarlaşdırılması barədə də danışılıb.

Ərdoğanla Makron söhbət zamanı razılığa gəliblər ki, Türkiyə ilə Fransa arasında ticarət münasibətlərini 20 milyard avroya qədər genişləndirsinlər.

Qeyd edək ki, mayın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gəlib. Dövlət başçısını Brüssel hava limanında qarşılayanlar arasında Belçika Dövlət Protokol Xidmətinin müdir müavini Alen van Qukt, Türkiyənin NATO yanındakı daimi nümayəndəsi Fatih Ceylan, Avropa İttifaqı yanındakı daimi nümayəndəsi Faruk Kaymakçı və "Trabzonspor" futbol klubunun sabiq oyunçusu İbrahim Yattara da olub.

Tarix
2017.05.25 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla