Yuxarı

Dnestryanı müstəqilliyini elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dnestryanı müstəqilliyini elan etdi

Bu gün qondarma Dnestryanı bölgənin qanunverici orqanı olduqca təhlükəli addım ataraq, müstəqilliyinin tanınmasını istəyib.

"Axar.az" xəbər verir ki, separatçı qurum bu yöndə Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Dumasına, həmçinin ATƏT və Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, kömək istəyib.

Qondarma qurumun belə müraciətlə çıxış etməsinə səbəb Avropa Komissarı Joze Manuel Barozzo ilə Moldovanın Baş naziri Yuri Lyankenin birgə keçirdiyi mətbuat konfransı olub. Məlumdur ki, dünənki görüşdə tərəflər arasında assosiyasiya sənədinin imzalanması, Moldova və Avropa Birliyinin üzərinə düşəcək vəzifələr və tərəflərin gələcəkdə atacağı addımlar müzakirə olunub. Barosso bildirmişdi ki, bu, rəsmi Kişinyovun müstəqil seçimidir. Əgər ölkə özünü Avropada görmək istəyirsə, yaxın gələcəkdə Moldovanın quruma üzv olması gözləniləndir. Bu bəyanatlar bir gün sonra qondarma qurumu bu cür müraciətlə çıxış etməsinə sövq edib.

Xatırladaq ki, hələ martın 18-də separatçı qurumun Ali Şurasının sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Serqey Narışkinə müraciət yollayaraq, təmsil etdiyi qurumun Rusiyaya birləşdirilməsini istəmişdi.

Tarix
2014.05.15 / 23:16
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla