Yuxarı

Ukrayna-Rusiya qarşıdurması Çernobıldan ağır olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna-Rusiya qarşıdurması Çernobıldan ağır olacaq

Ukraynanın Yaşıllar Partiyasının sədri Denis Moskal Ukrayna ilə Rusiya arasında baş verə biləcək müharibənin dağıntısının Çernobıl facəsindən də ağır nəticələrə gətirəcəyini vurğulayıb.

"Axar.az" xəbər verir ki, Moskal Ukrayna ərazisində texnogen tipli müəssisələrin çoxluğunun müharibə zamanı misli görünməmiş fəlakətlərə gətirib çıxaracağını bildirib.O, fikirlərini bəzi məqamlarla izah edib:

"Nədənsə bəzi önəmli məqamlara toxunmaqdan çəkinirlər. Qətiyyən müharibənin alovlanmasına, genişlənməsinə və başlanmasına imkan vermək olmaz. Çünki Ukrayna ərazisində yetərincə texnogen tipli müəssisələr, təhlükəli atom və su elektrik stansiyaları fəaliyyət göstərir. Bundan başqa, ölkə ərazisindən qaz nəql olunur. Əgər qarşıdurmalar dayanmasa, nəticə Çernobıl qəzasından da betər olacaq".

Partiya sədri həmçinin Rusiyaya da müraciət edib. Əlavə edib ki, qonşu dövlət kimi, Rusiya aqressiv siyasətindən əl çəkməlidir:

"Ukraynada baş verəcək istənilən qəza Rusiyanın ərazisində də hiss olunacaq, Rusiya da bundan əziyyət çəkəcək".

Xatırladaq ki, Moskal dünya birliyini də tənqid etməyi unutmayıb. O, əksər ölkələri Ukrayna məsələsində etinasız qalmaqda qınayıb.

Tarix
2014.05.17 / 01:31
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla