Yuxarı

Dünyada nüvə silahlarının sayı nə qədərdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada nüvə silahlarının sayı nə qədərdir?

Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) araşdırmalarına görə, dünyada nüvə silahlarının sayında azalma müşahidə olunub. İnstitutun əldə etdiyi məlumata əsasən, ötən bir il ərzində nüvə ölkələrində nüvə başlıqlarının sayı 460 ədəd azalıb. Belə ki, bu ilin əvvəlində dünyanın doqquz nüvə ölkəsində (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) 14 min 935 nüvə başlığı mövcud olub. Müqayisə üçün qeyd edilməlidir ki, 2016-cı ildə nüvə dövlətlərinin arsenalındakı nüvə başlıqlarının sayı 15 min 395 olub.

Axar.az xəbər verir ki, nüvə başlıqlarının sayına görə dünyada lider ölkələr Rusiya (təxminən 7 min ədəd) və ABŞ-dır (təxminən 6800 ədəd). Dünyadakı bütün nüvə başlıqlarının 93 faizi bu iki dövlətin payına düşür. Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreyada isə 20-dək nüvə başlığının mövcud olması ehtimal edilir.

Bununla belə ekspertlər nüvə silahlarının sayının azalması ilə yanaşı, nüvə dövlətlərini öz arsenalında müasir texnologiyalar tətbiq etməkdə, eləcə də nüvə başlıqları, daşıyıcı sistemlər və istehsal müəssisələrinin müasirləşdirilməsinə böyük vəsaitlər ayırmaqda tənqid ediblər.

Qeyd edək ki, nüvə silahları ilə bağlı bəşəriyyətin ən gərgin dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. “Soyuq müharibə” dövründə bütün dünyada 70 mindən artıq nüvə başlığı orduların sərəncamında olub. Ötən əsrin 90-cı illərindən etibarən nüvə silahlarının ləğv edilməsi barədə sazişlər sayəsində onların sayı və istehsalı azalıb.

Tarix
2017.07.03 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla