Yuxarı

İraq Türkiyəni Beynəlxalq Arbitraj Məhkəməsinə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq Türkiyəni Beynəlxalq Arbitraj Məhkəməsinə verdi

İraq hökuməti Türkiyəni Beynəlxalq Ticarət Palatası nəzdində yerləşən arbitraj məhkəməsinə verib.

Axar.az xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızın Şimali İraq neftinin ixrac edilməsi ilə bağlı açıqlaması rəsmi Bağdadın sərt reaksiyasına səbəb olub.

İraq Neft Nazirliyindən verilən açıqlamaya görə, İraq Türkiyənin BOTAŞ şirkəti barədə mərkəzi Parisdə yerləşən arbitraj məhkəməsində istintaq işinin açılması üçün müraciət edib.

Açıqlamada Türkiyənin Şimali İraq Regional Rəhbərliyinə məxsus neftin İraq Neft Nazirliyinin razılığı olmadan ixrac etdiyi, həmçinin İraq-Türkiyə arasında imzalanan neft kəməri ilə bağlı müqavilənin müddəalarını pozduğu bəyan edilib.

Türkiyəli səlahiyyətli nümayəndələr İraqın müraciəti barədə Türkiyə hökumətinə hələ də rəsmi məlumat daxil olmadığını bildirib.

Xatırladaq ki, Taner Yıldız Şimali İraq neftinin Ceyhan neft kəməri vasitəsi ilə ixrac edilməyə başladığını açıqlamışdı.

Tarix
2014.05.23 / 22:41
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla