Yuxarı

"Putinlə Tramp razılaşdı, ancaq sabahdan etibarən..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Putinlə Tramp razılaşdı, ancaq sabahdan etibarən..."

Almaniyada G20 sammiti çərçivəsində görüşən Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın ortaq kiber təhlükəsizlik qurumunun yaradılması barədə razılaşması iki ölkə arasında bu istiqamətdə işlərin görüləcəyi demək deyil.

Axar.az xəbər verir ki, bunu Rusiyanın G20-dəki nümayəndəsi Svetlana Lukaş deyib.

"Məsələnin müzakirəsi sabahdan etibarən işə başlanacağı mənasına gəlmir. Güman edirəm ki, mətbuatın bu istiqamətdə gözləntiləri var. Önəmli olan bu məsələnin müzakirəsidir, ABŞ bu sahədə əməkdaşlığa hazırdır. Gələcəkdə görəcəyik. Bəlkə bir işçi qrupu yaradıldı, bəlkə də BMT çərçivəsində əməkdaşlıq olar. Necə olursa olsun, iki ölkənin bu məsələni müzakirəsi lazımdır, çünki liderlər bu məsələdə razılaşdı. Şübhəsiz iclasda belə bir təklif edilib, ancaq görüşdə iştirak edənlərdən başqa, heç kim Trampın təklifə necə reaksiya verdiyini bilmir. Bəlkə də Tramp buna hazır deyil, ancaq bu o demək deyil ki, iki ölkə arasında əməkdaşlıq olmayacaq", - Lukaş qeyd edib.

Qeyd edək ki, Putinlə görüşdən sonra Tramp Tvitter hesabında ortaq kiber təhlükəsizlik qurumunun yaradılmasını Rusiya lideri ilə müzakirə etdiklərini bildirmişdi.

Tarix
2017.07.10 / 19:59
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla