Yuxarı

Bu ölkədən SSRİ ilə bağlı - Sərt qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədən SSRİ ilə bağlı - Sərt qərar

Bu gün Polşa Prezidenti Anjey Duda bina və obyektlərin adlarında kommunizmin, yaxud digər totalitar rejimin təbliğinin qadağan olunması haqqında qanuna düzəlişləri təsdiqləyib.

Axar.az xəbər verir ki, Polşa Prezidentinin saytında yerləşdirilmiş məlumata görə, yenilənən qanun sovet dövrü abidələrinin, o cümlədən Qırmızı ordunun şərəfinə qoyulmuş memorialların sökülməsini də nəzərdə tutur. Xatırladaq ki, Polşa Seymi düzəlişləri iyunun 22-də qəbul edib.

Bu sıraya qəbiristanlıqlarda və başqa dəfn məkanlarında yerləşən, incəsənət əsəri qismində elmi məqsədlər üçün nümayiş olunan, həmçinin memarlıq abidələri reyestrinə daxil edilən memoriallar aid olunmur. Polşa qanunvericiləri bu sıraya aid olmayan abidə və memorialların düzəlişlər qüvvəyə mindikdən sonrakı 12 ay ərzində sökülməsini təklif edirlər.

Ekspertlər ölkə ərazisində azı 469 bu cür obyekt olduğunu hesablayıblar. Onların 250-yə yaxını Qırmızı orduya həsr edilib. Bu və digər memorialın düzəlişlərdə göstərilən parametrlərə uyğun gəlib-gəlmədiyinə dair qərarı Polşanın Milli Yaddaş İnstitutu çıxaracaq.

Tarix
2017.07.17 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla