Yuxarı

Tereza Meyin populyarlıq reytinqi aşağı endi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tereza Meyin populyarlıq reytinqi aşağı endi

Böyük Britaniyanın Baş naziri Tereza Meyin populyarlıq reytinqi son bir ildə rekord aşağı göstəriciyə enib.

Axar.az xəbər verir ki, bu barədə məlumat "Axşam standartı" (“Evening Standard”) qəzetində dərc olunan sorğuda əks olunub. Sorğunun nəticəsində rəy bildirən vətəndaşların 59 faizi Tereza Meyin Baş nazir vəzifəsinin icrasından narazı qaldığını, 34 faizi isə hökumət başçısının işini məqbul qiymətləndirib.

Bu, Tereza Meyin keçən ilin müvafiq dövründə Baş nazir postuna gəldiyi vaxtdan bəri ən aşağı göstəricidir.

Hökumətin işinin ümumi qiymətiləndirilməsində isə respondentlərin 64 faizi məyus olduğunu ifadə edib, onların 28 faizi Nazirlər Kabinetinin fəaliyyətindən razı qaldığını bildirib.

Sorğu mindən çox Britaniya vətəndaşının iştirakı ilə iyulun 14-18-də keçirilib.

Xatırladaq ki, Tereza Meyin başçılıq etdiyi mühafizəkarlar partiyası iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazansa da, hakim çoxluğu itirib.

Tarix
2017.07.20 / 23:10
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla