Yuxarı

Səudiyyə Ərəbistanı təhlükədə: Kral devrilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə Ərəbistanı təhlükədə: Kral devrilə bilər

Səudiyyə Ərəbistanı hökumətinin məsuliyyətsiz siyasəti ölkədəki vətəndaşları, əcnəbi işçiləri iqtisadi cəhətdən çətin duruma salıb.

Axar.az xəbər verir ki, bu barədə xəbər "Midl İst" nəşrində məqalədə yer alıb.

Nəşr qeyd edir ki, uzun müddət səssizlik davam etməyəcək. Səudiyyə Ərəbistanı iqtisadiyyatının mərkəzi, ölkənin əsas şəhərlərindən biri olan Ciddədə artıq durğunluq yaşanır. Sanki kabus şəhəri xatırladır. Heç bir şey əvvəlki kimi gözqamaşdırıcı deyil. Amma bu vəziyyət Ciddəyə xas deyil. Ölkənin dörd bir yanındakı müəssisələr maliyyə öhdəliklərini ödəmək üçün mübarizə aparır.

Hökumət Səudiyyə bazarlarında çalışan əcnəbiləri qanuni gəlir mənbəyi kimi görür. "BanqueSaudiFransi"nin bu ay dərc etdirdiyi və Səudiyyə mediasında da yer alan hesabata görə, ölkədə 11,7 milyon əcnəbi var. Bu əcnəbilərin 7,4-ü işçi, yerdə qalan 4,3 milyon insan isə onlarla birlikdə yaşayanlardır.

Artıq 1 iyuldan etibarən hökumət işçilərlə birlikdə yaşayanlardan da vergi tutmağa başlayıb. Bu insanlar artıq hər ay 100 riyal (26.66 dollar) ödəyəcək. 2020-ci ilə qədər bu rəqəm 440 riyala yüksələcək və bütövlükdə büdcəyə 20 milyard dollar gəlir verəcək.

Səudiyyə Ərəbistanında xalq artıq dövlətin problemi həll edəcəyinə inanmır. Hətta insanlar dövlətin onlara xəyanət etdiyi düşüncəsindədir. Krallığın iqtisadiyyatı birdən-birə iflasa aparması legitimliyini itirməsinə səbəb olur. Səudiyyə qarşıdakı aylarda və illərdə daha da iflasa gedəcək. Ər-Riyad artıq dərin böhranla qarşı-qarşıya qalıb.

Tarix
2017.07.29 / 21:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla