Yuxarı

Pentaqon həyəcan təbili çaldı: Çin gəlir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqon həyəcan təbili çaldı: Çin gəlir

ABŞ Müdafiə Nazirliyinin hazırladığı hesabatda bildirilir ki, Çinin 2014-cü ildə hərbi büdcəsi 145 milyard dolları keçib.

Axar.az xəbər verir ki, Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi hesabatda Çinin yeni mərmi növlərini inkişaf etdirməsi, hərbi dəniz qüvvələrinin maddi texniki bazasını möhkəmləndirdiyi bildirilir.

Eyni zamanda hesabatda, Çinin kosmos və elektron hərb sahəsində canlı qüvvəsini çoxaltdığı da deyilir. Pekin rəhbərliyinin aktiv şəkildə pilotsuz təyyarələr istehsalına başladığı vurğulanan sənəddə hərbi hava qüvvələrinin texnoloji cəhətdən inkişaf etdirildiyi, bir müddət sonra bu sahədə ABŞ-ı keçəcəyi qeyd olunur.

Qeyd edək ki, Çin mart ayında hərbi xərclərinin 12,2% artaraq 132 milyard dollar olduğunu açıqlamışdı. Ötən il isə hərbi xərclərini 10,7% artıraraq 114 milyard dollar olduğunu bildirən rəsmi Pekin bu rəqəmlə ayırdığı vəsaitə görə yalnız 600,4 milyard dollar ayırmış ABŞ-dan geri qalır.

Onu da bildirək ki, Çinin hərbi sahədə müasir texnologiyadan istifadə edərək ordunu modernləşdirməsinin əsas səbəbi potensial münaqişə mərkəzi olan Tayvan boğazı və Şərqi Çin dənizi ilə Cənubi Çin dənizi arasındakı ziddiyətli ərazidir.

Xatırladaq ki, Çin ABŞ-ın müttəfiqləri olan Yaponiya və Filippin də daxil olmaqla öz qonşularıyla bir neçə dəfə torpaq çəkişməsi üstündə dünya gündəminə gəlib. Hazırda isə Çinin Vyetnamla gərgin dəniz bölgüsü uğrunda mübarizəsi gedir.

Tarix
2014.06.06 / 18:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla