Yuxarı

Ukrayna Rusiyanın 100 dollar endirim təklifini rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyanın 100 dollar endirim təklifini rədd etdi

Rusiya Ukraynaya təbii qaz idxalının qiymətini beynəlxalq bazardan 100 dollar aşağı təklif etsə də, rəsmi Kiyev bu təklifi rədd edib.

Axar.az xəbər verir ki, Kiyev rəsmiləri razılaşmanın yenilənməsini tələb edir.

Qeyd edək ki, Ukraynanın Baş naziri Arseni Yaçenyuk hökumət yığıncağında verdiyi açıqlamada Rusiyanın 100 dollarlıq endirimini qəbul etməyəcəklərini, razılaşmaya yenidən baxılacağını bildirib.

Ukrayna Enerji və Kömür Sənayesi naziri Yuri Prodan müqavilə şərtləri hazırlanmadan "Naftogaz"ın borcunu ödəməyi planlaşdırmadığını qeyd edib.

Bu arada mətbuata açıqlama verən Avropa Enerji Komissarı Genter Ottinger Ukraynanın Rusiyaya olan borcunu ödəməsi üçün razılıq əldə olunduğunu bildirib. Onun dediklərinə görə, hər iki tərəfin mövqeyi bir-birinə yaxınlaşmaq üzrədir.

Xatırladaq ki, Rusiya rəsmi Kiyevin borcunu ödəməməsi səbəbi ilə endirimli müqaviləni ləğv etdiyini və qiymətlərin Avropa qiymətləri ilə eyni olacağını bildirmişdi. Hazırda Rusiya Ukraynadan hər min kub metr üçün 268,5 dollar əvəzinə 485 dollar tələb edir.

Tarix
2014.06.11 / 18:51
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla