Yuxarı

Lavrovdan Ukraynaya sərt tələb: “Əməliyyatı dayandırın”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovdan Ukraynaya sərt tələb: “Əməliyyatı dayandırın”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Kiyev rəhbərliyindən Şərqi Ukraynada hərbi əməliyyatların dayandırılmasını və birbaşa dialoqların başlanılmasını tələb edib.

Axar.az xəbər verir ki, Polşa Xarici İşlər naziri Radoslav Sikorski və Almaniya Xarici İşlər naziri Frank-Valter Steyinmeyer ilə Sankt-Peterburqda bir araya gələn Lavrov əks halda Ukrayna böhranının uzun illər davam edəcəyini bildirib.

Ukraynada vəziyyətin sabitləşməyinin yeganə yolunun hərbi əməliyyatların dayandırılması olduğunu deyən rus siyasətçi separatçı olaraq xarakterizə edilən vətəndaşların bu addıma cavab verəcəklərini bildirib: "Bölgədə davam edən qarşıdurmalar heç kimin xeyrinə deyil. Evlərini və uşaqlarını müdafiə edən insanlar günahkar ola bilməz. Rəsmi Kiyevin etirazçılarla dialoqa başlamaması böhranı naməlum vaxta qədər uzadır. Müharibədə iştirak edənlər Ukrayna vətəndaşlarıdır".

Onu da bildirək ki, Ukraynanın AB ilə əməkdaşlıq müqaviləsi imzalamasına toxunan Lavrov buna görə rəsmi Kiyevə hər hansı sanksiya tətbiq edilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, ticari əməkdaşlıqdır: "Ukrayna yalnız MDB-də olan ticari üstünlüklərindən məhrum olacaq. Bu normal ticari əlaqələrdir. Sanksiya deyil".

Tarix
2014.06.11 / 20:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla