Yuxarı

Timoşenkonun kriminal aləmlə əlaqələri üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Timoşenkonun kriminal aləmlə əlaqələri üzə çıxdı

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko Ukrayna Vahid Energetika Sistemi şirkətinin rəhbəri olarkən kriminal aləmin tanınmış avtoritetlərindən olan Semyon Moqilyoviçlə əməkdaşlıqda ittiham olunub.

Axar.az xəbər verir ki, bu barədə Vikiliks saytının yaydığı yeni materiallarda bildirilib.

ABŞ-ın Kiyevdəki səfirinin 2006-cı ilin aprelin 14-də Vaşinqtona göndərdiyi hesabatda bildirilib ki, Timoşenkonun Ukrayna kriminal aləmi ilə əlaqələri ola bilər.

Səfirlik buna sübut kimi, Moqilyoviçlə bağlı bütün sənədlərin Ukrayna Təhlükəsizlik Xidmətinin o vaxtkı əməkdaşları Aleksandr Turçinov (hazırda Ali Radanın sədridir - red) və Andrey Kojemyakin tərəfindən məhv edilməsini göstərib.

"16 martda dərc olunmuş məqalədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən xəbər verilirdi ki, ola bilsin informasiya silinib. Silinmə səbəbi isə bu informasiyada Timoşenkonun rəqiblərinin, o cümlədən Pyotr Poroşenkonun telefon danışıqları və ya elə Timoşenkonun özü ilə Moqilyoviç arasındakı gizli sövdələşmə haqqında dəlillərin olmasıdır. Xatırladırıq ki, sövdələşmə Timoşenkonun 1990-cı illərdə Vahid Ukrayna Energetika Sisteminə rəhbərlik etdiyi dövrdə baş tutub", - deyə Vikiliksdə qeyd olunub.

Qeyd edək ki, Serqey Şnayder adı ilə tanınan Semyon Moqilyoviç ABŞ Federal Təhlükəsizlik Bürosunun ən axtarılan cinayətkarlar siyahısında yer alır. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, Moqilyoviç 40-a yaxın reketlik hadisəsində, müxtəlif dələduzluqlarda, çirkli pulların yuyulması və dünyanın müxtəlif ölkələrində digər iqtisadi cinayətlər törətməkdə ittiham olunur.

Tarix
2014.06.12 / 09:45
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla