Yuxarı

Eks-müşavir: “Bərzani Turqut Özalın əlini öpürdü”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsud Bərzani ilk dəfə Türkiyəyə Prezident Turqut Özal dövründə gəldi və ona “hər əmrinizə hazıram” dedi.

Axar.az xəbər verir ki, bu sözləri “Sözcü” qəzetinə açıqlamasında İraq Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzani ilə Türkiyənin ilk təmasını quran və Prezident Turqut Özalla görüşdürən eks-müşavir Qaya Toperi söyləyib.

“Özal PKK ilə mübarizədə yardımçı olmaq sözünü aldıqdan sonra Bərzaniyə dəstəyini verdi. Kürd lider o vaxtlar Səddam Hüseynin təzyiqlərinə məruz qalırdı. Səddam yox olan kimi o da üzünü Türkiyədən çevirdi.

Özal o zamanlar başqalarının himayəsinə girməməsi üçün türkmanları da nəzərə alıb, İraqın ərazi bütövlüyünü qorumaq məqsədilə Bərzaniyə sahib çıxdı. Bərzani və Təlabani o zamankı ziyarətləri zamanı Şimali İraqdakı PKK düşərgələrinin xəritələrini belə bizə gətirmişdilər. Bərzani əvvəllər Türkiyəyə gəlmədən öncə mənimlə görüşmək üçün bir həftə əvvəldən qeydiyyata düşürdü. ABŞ-ın bir diplomatı ilə görüş üçün mənə bir ay əvvəldən yardım etməyi xahiş edirdi. Hətta onlar Şimali İraqı Türkiyəyə ilhaq etmək istədiklərini də bizə bildirmişdi. İndi isə vəziyyət dəyişib. Şimali İraqın Türkiyə vilayəti olmasından imtina edən Özal 1992-ci ildə Bərzaniyə diplomatik pasport verdi. Bərzani isə bunun qarşılığında Özalın əlini öpdü. Türkiyə daha sonra bu pasportları ləğv etdi. Təlabani və Bərzani 2003-də Moskvaya gedərkən bu pasportu bizim qurumlara verdilər”, – deyə o bildirib.

Tarix
2017.09.19 / 12:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla