Yuxarı

Yadplanetlilər dünyanı işğal edəcək - Reyqanın BMT çıxışı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BMT Baş Assambleyasının sessiyasında ABŞ Prezidenti Donald Trampın “fəlsəfi mahiyyətli” olaraq qiymətləndirilən çıxışı BMT tarixində məşhur deyimləri yenidən gündəmə gətirib.

Axar.az xəbər verir ki, bu çıxışların bəzilərini tanınmış hüquqşünas Aqil Layıc xatırladıb.
Beləliklə, indiyənədək BMT-nin Baş Assambleyasındakı ən yaddaqalan çıxışların bir neçəsindən sensasiya xarakterli fikirləri təqdim edirik:

1) “İmperialist sərmayəsi cəzbedici fahişə olsa da, bizi heç zaman cəlb edə bilməyəcək” (26 sentyabr 1960-cı il tarixində Fidel Kastro 4 saat 26 dəqiqəlik çıxışından).

2) “Mən bura tüfəng və zeytun budağı ilə gəldim, əlimdən silah düşməsinə imkan verməyin” (13 noyabr 1974-cü il, Yasir Ərəfatın çıxışından).

3) “Tezliklə dünyanı yadplanentlilər işğal edəcək, biz isə məcburən aramızdakı fərqləri kənara qoyub, yadplanetlilərə qarşı birləşəcəyik” (21 sentyabr 1987-ci il, Ronald Reyqanın çıxışından).

4) “ABŞ dünya jandarmıdır, dünya xalqlarını başlarının üzərində olan bu Domokl qılıncı ilə mübarizə üçün birləşməyə çağırıram” (20 sentyabr 2006-cı il, Venesuela Prezidenti Uqo Çavesin çıxışından).

5) “Siz Təhlükəsizlik Şurası deyil, Terrorçu Şurasısınız. Hitleri siz dünyaya gətirdiniz, yahudiləri siz qırdınız, Holokostun baiskarı sizsiniz” (23 sentyabr 2009-cü il, Liviya lideri Müəmmər Qəzzafinin çıxışından).

Qeyd edək ki, hazırda Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci toplantısı davam edir.

Tarix
2017.09.19 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla