Yuxarı

Meksika faciəsi - məktəb dağıldı: 30 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:18

Meksikadakı zəlzələ zamanı məktəb dağılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksika Prezidenti Enrike Penya Nyeto söyləyib. O, paytaxt Mexikoda məktəblərdən birinin dağılması nəticəsində 22 nəfərin öldüyünü bildirib. Bunlardan 20-nin uşaq olduğu vurğulanıb.

Prezident həmçinin 30 nəfərin itkin düşdüyünü də açıqlayıb.

Qeyd edək ki, indiyə qədər olan məlumata görə ötən gün Bakı vaxtı ilə saat 22:14-də baş verən 7,1 ballıq zəlzələ nəticəsində Meksikada 149 nəfərin öldüyü rəsmən təsdiqlənib.

***

Təhsil naziri Aureliyu Nunye məktəbin dağılması nəticəsində ən azı 30 nəfərin öldüyünü təsdiqləyib.

“Təəssüf ki, hazırkı məlumata görə, məktəbin uçması nəticəsində ölənlərin sayı artıq 30 nəfər olub, 11 nəfər isə xilas edilib. Hadisə yerində xilasedicilər çalışırlar”, - o deyib.

Prezident Enrike Penya isə itkin düşənlərin 38 nəfər olduğunu qeyd edib.

Tarix
2017.09.20 / 09:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla