Yuxarı

Putin daha bir Avropa ölkəsini ələ keçirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada rusiyayönlü partiya hakimiyyətə gələ bilər.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı jurnalist Adam Erelinin “Forin Polisi” qəzetindəki məqaləsində yer alıb.

“20 oktyabrda Çexiyada parlament seçkisi keçiriləcək. Bu il Çexiya Rusiyanın qurmağa yardım etdiyi və daima genişlənən oliqarxik rejimlər klubuna qatıla bilər. ANO (Narazı Vətəndaşları Aksiyası) partiyasının rəhbəri Andrey Babişin dağıdıcı populizmi bu ölkəni də Putinin Qərbi daxildən zəiflətməyə yönələn yorulmaz kampaniyasının qurbanına çevirə bilər.

Milyarder Babiş “Aqrofert” şirkətlər qrupunun sahibidir. Bu qrupun tərkibində 250-dən çox şirkət yer alıb. “Forbes” jurnalı onun sərvətinin 3,4 milyard dollar olduğunu bildirir. O, həmçinin, 2014-2017-ci illərdə maliyyə naziri kimi çalışıb, amma vergiləri ödəmədiyi ilə bağlı ittihamlardan sonra istefaya gedib. Bundan başqa parlament onu Avropa Birliyindən alınan subsidiyalarla bağlı fırıldaqçılıq etməsi şübhəsi ilə təqib edib.

Uğursuzluğuna baxmayaraq, Babiş bütün olanlar sayəsində uğurla ANO-nu yaradıb. Burada Praqadakı bataqlığı qurudub, hakimiyyəti xalqa qaytaracaq novatorları toplayıb. Onun uğurlu biznesmen və idarəçi olması seçicilər üçün cəlbediciliyini artırır. Cəlbediciliyi artıran digər səbəb isə miqrasiyanın dayandırılması, maliyyə nəzarətinin gücləndirilməsi və Avropa ilə əlaqələrin məhdudlaşdırılması bəyanatlarıdır.

Babişin partiyasının Çexiya Prezidenti Miloş Zemanla sıx əlaqəsinin olması onun siyasi mövqelərini gücləndirir. Zeman isə daha çox rusiyayönlülüyü ilə tanınır”, – deyə məqalədə bildirilib.

Tarix
2017.10.13 / 10:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla