Yuxarı

Avropa İrəvanı cəzalandırdı: əsgərlikdən imtina…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) özlərini “Yehovanın şahidləri” adlandıran bir qrup iddiaçının hüquqlarının pozulması səbəbi ilə Ermənistanı 12 min avro cərimələyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası informasiya yayıb.

İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 34-cü maddəsinə əsasən, 4 Ermənistan vətəndaşı (Artur Adyan, Qaregin Avetisyan, Arutyun Xaçatryan və Vaaqn Marqaryan 2011-ci il dekabrın 6-da) Avropa Məhkəməsində Ermənistan Respublikasının əleyhinə iddia qaldırıblar. İddiaçılar AİHM-ə barələrində verilən məhkəmə qərarlarının qanunla ziddiyyət təşkil etməsi və nəticələrin məhkəmələrin stereotipik arqumentlərinə əsaslanmasına görə şikayət ediblər.

2011-ci ilin may və iyun aylarında iddiaçılar hərbi xidmətə çağırılıblar. Təyin olunan vaxtda hərbi xidmət keçmək üçün hazır olmayan “Yehovanın şahidləri” bunun əvəzinə silahlı qüvvələrin yerli strukturlarına və regional prokurorluğa məktubla müraciət edərək, hərbi və ya alternativ xidmət aparmaqdan imtina ediblər. Onlar “Yehovanın şahidlər”i olduqlarını bildiriblər. "Alternativ Xidmət haqqında Qanunu" öyrəndikdən sonra Avropa standartlarına əsasən təklif olunan hərbi xidmətin mülki xarakter daşımadığı qənaətinə gəliblər. Buna səbəb kimi isə həmin prosesə hərbi hakimiyyətin rəhbərlik etməsi göstərilib.

İddiaçılar Ermənistanda günahkar hesab edilərək həbs olunublar. 2012-ci ildə Apelyasiya Məhkəməsi onların şikayətlərinə baxmaqdan imtina edib. Onlar 26-27 aylıq həbsdən sonra 2013-cü ildə əfv olunublar.

Tarix
2017.10.13 / 15:33
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla