Yuxarı

İŞİD-çilər Avropadan aylıq sosial təminat alırmış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri informasiya yayıb.

Fransada və digər Avropa ölkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildən 2016-cı ilə qədər terrorçular qeyri-qanuni olaraq öz ölkələrindən 2 milyon avrodan çox sosial müavinət alıblar. Bu məbləğin təxminən 500 min avrosu məhz Fransa vətəndaşlarına verilib. Beləliklə, ötən il ərzində İŞİD sıralarında döyüşən fransız cihadçılar təxminən 420 qeyri-qanuni ödəniş əldə ediblər.

İŞİD terrorçularının Avropada qalan yaxınları tərəfindən müavinətlərin əldə edilməsi üçün sosial təminat mərkəzlərinə müraciət edilib. Pullar Suriya və İraqa əsasən Türkiyədəki vasitəçilər tərəfindən çatdırılıb.

Fransa polisi qeyri-qanuni maliyyə axınının qarşısını yalnız sosial təminat mərkəzlərinə İŞİD-çilərin tam siyahısını verdikdən sonra alıb.

Tarix
2017.10.27 / 13:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla