Yuxarı

İranda növbəti zəlzələ: ziyanlar araşdırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda növbəti zəlzələ: ziyanlar araşdırılır

İranın İlam əyalətində ötən gecə iki güclü zəlzələ baş verib. Bu barədə İRNA agentliyi məlumat verib.

Yerli vaxtla 22:00-da olan birinci təkan Rixter cədvəli üzrə 5,4, ikinci təkanlar 5,6 bal gücündə olub.
İlam əyalətinin bir neçə şəhərində, o cümlədən İvan və Çavar şəhərlərində əhali gecəni küçələrdə qalıb.

Baş vermiş zəlzələdən sonra indiyədək həmin bölgədə daha 34 dəfə yeraltı təkanlar qeydə alınıb.
İlam əyalətinin dağ kəndlərinə zəlzələ nəticəsində dəymiş ziyanı araşdırmaq məqsədilə xilasedici qüvvələr və mütəxəssislər göndərilib.

Bu gün İlam əyalətinin bəzi şəhərlərində orta məktəblərdə tətil elan olunub.

Qeyd edək ki, ötən gün də İranın Kirmanşah əyalətinin Qəsr-e Şirin şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş vermişdi.

Tarix
2013.11.23 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla