Yuxarı

ABŞ təyyarələri Bağdad üzərində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ təyyarələri Bağdad üzərində

ABŞ-ın hərbi qüvvələri Amerika vətəndaşlarının və İraqa gəlmiş hərbi məsləhətçilərin təhlükəsizliyini təmin etmək üçün Bağdad üzərində uçuşlar həyata keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Hal-hazırda İraq ordusu üsyançılar tərəfindən ələ keçirilmiş Tikrit şəhəri uğrunda mübarizə aparır. BMT-nin məlumatına görə, iyunun 9-dan başlayaraq silahlı münaqişə nəticəsində mindən artıq insan həyatını itirib.

İraqın Baş naziri Nuri əl-Maliki əmindir ki, Bağdad təhlükədə deyil. Onun bu fikri ilə Amerika generalı Ceyms Konuey də razıdır. Onun sözlərinə görə, ən çətini artıq arxada qalıb. Bundan sonra döyüşçülər Bağdadı ələ keçirə bilməzlər.

ABŞ rəsmisi isə öz növbəsində bildirib ki, pilotsuz təyyarələrdən İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edilməyəcək.

Tarix
2014.06.28 / 11:58
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla