Yuxarı

Poroşenko ukraynalıları savaşa çağırdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko ukraynalıları savaşa çağırdı – Video

Gecə saatlarında Ukrayna Təhlükəsizlik Şurasının gərgin keçən iclasından sonra Prezident Pyotr Poroşenko televiziya vasitəsi ilə ukraynalılara müraciət edib.

Axar.az xəbər verir ki, onun çıxışının əsas mahiyyəti separatçılara verilən atəşkəs müddətinin başa çatdığını və bundan sonra terrorçulara qarşı amansız əməliyyatların aparılacağını bəyan etməsi olub.

Ukrayna prezidenti çıxışında bir neçə əhəmiyyətli məqama toxunub. Onun sözlərinə görə, bütün təxribatlara və ölkəyə vurduğu zərərə baxmayaraq, separatçılara müəyyən müddət verilib, atəşkəs elan olunub. Lakin bu cəhdləri qarşı tərəf bunu layiqincə dəyərləndirməyib. Poroşenko bu səbəbdən ölkənin şərqində genişmiqayaslı anti-terror əməliyyatlarına başladıqlarını bəyan edib.

Rusiyanın ünvanına da bəzi ittihamlar səsləndirən Poroşenko deyib ki, sülhün bərqərar olunması ilə bağlı çağırışları təqdir olunsa da, əməldə Moskva hər hansı addım atmayıb, qoşunlarını sərhəddən geri çəkməyib.

Poroşenko sonda düşmənlə mübarizənin hər bir ukraynalılının müqəddəs borcu olduğunu vurğulamaqla, heç bir qüvvənin onların addımlarının qarşısında dirəniş gətirə bilməyəcəyini dilə gətirib.

Tarix
2014.07.01 / 11:35
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

İlham Əliyevin ikinci qələbəsi: sülhə gedən yol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla