Yuxarı

Ankara Prokurorluğu NATO-ya cinayət işi açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Cümhuriyyət Prokurorluğu NATO təlimlərində Prezident Rəcəb Tayyib Ərdoğan və ulu öndər Mustafa Kamal Atatürkü hədəf alan olayla bağlı cinayət işi başladıb.

Axar.az xəbər verir ki, bu barədə Prokurorluq özü məlumat yayıb.

“Norveçdə yerləşən NATO Müttəfiq Hərb Mərkəzində keçirilən təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk təhqir edilib və alçaldılıb. Bu səbəbdən olayı törədənlər və bu işdə məsuliyyət daşıyanlarla bağlı Cümhuriyyət Prokurorluğu 2017/191238 saylı qərarla cinayət işi başladıb”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Tarix
2017.11.18 / 00:20
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla