Yuxarı

ATƏT Bakıda Rusiya ilə toqquşdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT Bakıda Rusiya ilə toqquşdu

Rusiya "separatçılara dəstək verən ölkə" kimi tanınması qərarıyla razılaşmayıb.

Axar.az xəbr verir ki, ATƏT PA-nin Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində keçirilən plenar iclasın yekun qərarının qəbulu yenə qalmaqalla başlayıb.

İclasın yekun qərarının qəbulu üçün keçirilən səsvermə bir neçə dəfə təkrarlanıb. Səbəb ölkələrin konkret qərara gələ bilməməsidir. Sonda isə qərar qəbul edilib və Rusiya separatçılara dəstək verən ölkə kimi tanınıb.

Bu zaman Rusiya nümayəndə heyəti etiraz edib və Aleksey Puşkov isə qətnaməyə etiraz edib:

"Mən anlamıram siz nə etmək istəyirsiniz. Siz yeni münaqişə yaratmaq istəyirsiz? Biz qətnamənin 10, 11, 12, 13,14,15,16,17-ci maddələrinə etiraz edirik və fikrimizin dinlənməsini istəyirik".

Bundan sonra səsvermə prosesi yenidən başlayıb və müxtəlif ölkələr yenidən fikirlərini bildirib.

Latviyalı deputat Lea Binç qətnamənin silah saxlanılması ilə bağlı olan 2-ci və 3-cu maddələri haqqında məlumat verib:

"Mən başa düşə bilmirəm. Rusiya niyə Balkanlara və Polşa sərhədinə silah yığır. Axı silahı real təhlükə olan zonada yerləşdirmək lazımdır. Nə Balkanlar, nə də Polşa real təhlükə deyil".

Latviyalı deputatın bu şərhi A. Puşkovu danışmağa məcbur edib:

"Siz düz deyirsiniz ki, Polşa hazırda sərhəddə silah saxlamır. Amma dəfələrlə buna cəhdlər edilib. Manevrlər olub".

Fransalı parlamentari Mariya François Bextel Rusiyalı həmkarlarının tərəfini tutaraq məsələyə birtərəfli yanaşıldığını bildirdi:

"Burada məsələyə birtərəfli baxılır. Hamı Rusiyanın təqsirkar, Ukraynanın isə günahsiz olduğunu deyir. Məncə, öncə məsələ araşdırılmalıdır".

Qətnamənin ayrı-yrı maddələri üzrə müzakirələr davam etdiriləndən sonar səsə qoyuldu və 92 lehinə, 27 bitərəf olmaqla qəbul edildi. Azərbaycanlı nümayəndələr səsvermədə iştirak etmədi. Qərarın əleyhinə olanlar açıqlanmadı.

Bu dəqiqələrdə mətbuat konfransı keçirilir.

Tarix
2014.07.01 / 19:15
Müəllif
Tural İbadov
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla