Livanın keçmiş Baş naziri Səd Haririyə yaxın mənbə
İraq-Şam İslam Dövləti (İŞİD) barədə şok faktlar açıqlayıb.
Sızdırılan xəbərə görə, İŞİD İraqdakı son hücumlarının planını
Ankaradan alırmış.
Axar.az xəbər verir ki, Livanlı milyarder Səd Haririyə yaxın
mənbə bildirib ki, İŞİD-in İraqı parçalamaq, Suriyadakı
qarşıdurmaları böyük Yaxın Şərq müharibəsinə çevirmək və İranı
çökürtmək üçün hazırlanan planı 2013-cü ilin noyabrında Türkiyədə
hazırlanıb. Mənbənin verdiyi məlumata görə, plan ABŞ-ın Türkiyədəki
səfiri tərəfindən irəli sürülüb.
Mənbə bildirib ki, plan 2013-cü il noyabrın 22-23-də Ankarada
təşkil olunan Atlantika Şurası Enerji Zirvəsində bağlı qapılar
arxasında hazırlanıb:
"Atlantika Şurası ABŞ və NATO xarici siyasəti və geopolitik
mövzuda ən nüfuzlu zirvələrdən biri sayılır. Türkiyədə təşkil
olunan zirvədə çıxış edən Fridrix Kempe Enerji Zirvəsinin və Yaxın
şərqdəki vəziyyətin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün
mövcud vəziyyətin dönüş nöqtəsidir. Eynilə 1918 və 1945-ci illərdə
olduğu kimi. Türkiyə bölgədə sabitliyi qorumaq baxımından mərkəz
nöqtədir. ABŞ və Türkiyə əlaqələri nə qədər genişləndirsə, bir o
qədər təsirli olacaqlar".
Malikiyə vaxt veriləcəkdi
Mənbə bu görüşdə İraqın Baş naziri Nuri Əl-Malikiyə təzyiq
vasitələri haqqında da danışıb: "Bağdad 2013-cü ilin əvvəlində Deyr
Əz-Zordakı Suriya neft yataqları mövzusunda və İraqın şimalındakı
kürd bölgələrində muxtariyyət mövzusunda güzəştə getsəydi, İraqın
vəziyyəti bugünkü kimi olmayacaqdı. Malikiyə vaxt veriləcəkdi.
2013-cü ilin martında ABŞ Dövlət katibi Con Kerri İraqdan Suriyaya
silah satışını qadağan etdi. Halbuki ABŞ öz silahlarını Səudiyyə
Ərəbistanı vasitəsilə İraq və İordaniyadan İŞİD-ə göndərirdi.
2013-cü il aprelin 22-də Avropa Birliyinə daxil olan 28 ölkədən
27-si Suriya müxalifətinə maliyyə dəstəyi vermək üçün müxalifətin
nəzarətində olan bölgələrdə Suriya neftini idxal etmək qadağasını
aradan qaldırdı".
Rəsmi Ankara Kürd muxtariyyəti üçün Malikiyə təzyiq
edib
Mənbənin bildirdiyinə görə, Türkiyə İŞİD-in bölgəni nəzarətə
götürəcəyindən əvvəlcədən xəbərdar imiş: "Hətta bu mövzuda
Türkiyənin Enerji naziri Taner Yıldız Kürdüstanın Enerji naziri
Havrami ilə gizli razılğa da gəlib. Onlar arasında olan razılığa
görə, Şimali İraq nefti Kərkük-Ceyhan boru kəməri vasitəsi ilə
ötürüləcəkdi. Buna görə də rəsmi Ankara kürdlərin muxtariyyəti
uğrunda Baş nazir Malikiyə çox təzyiq etdi".
Keçmiş Baş nazirə yaxın olan mənbə onu da bildirib ki, İŞİD-in
fəaliyyət planı nöqtəbənöqtə yazılıb: "2013-cü ilin avqustunda
Suriyada neft yataqları İŞİD-in əlinə keçməli idi. Lakin bu plan
iki səbəbdən müvəffəqiyyətlə nəticələnmədi. Birincisi, Böyük
Britaniya Suriyanın bombalanmasından imtina etdi. İkincisi isə,
Suriya ordusunun avqust ayında həm İŞİD-i, həm də Nüsra cəbhəsini
Deyr əz-Zor-dan təmizləməsi oldu. Ən pis cəhət o idi ki, hər kəs
neftin ABŞ, Türkiyə və Avropa Birliyi arasında necə bölünəcəyini
müzakirə etməyə hazır idi. Noyabrda Türkiyədə təşkil olunan Enerji
Zirvəsinin başlanılmasında da məqsəd neft bölgüsü idi".
Ağ Evdə Malikinin başına silah sıxılıb
Mənbə onu da bildirib ki, Suriya ordusunun İŞİD-ə müqavimət
göstərərək bəzi əraziləri geri almağına görə, Maliki ABŞ-a
çağırılıb: "İraqın Kürdüstan bölgəsinın başçısı Məsud Bərzani və
İraqın Baş naziri Nuri əl-Maliki 2013-cü ilin noyabrında Vaşinqtona
dəvət edildi. Bundan sonar Vaşinqtondakı müəyyən dairələr Obamaya
Malikinin başına silahı dayamasını tələb etdilər. Çox az vaxt
qalmışdı. Obama isə bu barədə tərəddüd edirdi. Səfərdən qayıtdıqdan
sonar Bərzani Şimali İraqdakı hakimiyyətini get-gedə itirməyə
başladı. Noyabr əvvəllərində İraq neftini Türkiyə ərazisindən
paylamaq və İraqı parçalamaq üçün hazırlanan bütün planlar Kərkük
və Ankara arasında qurulmuşdu".
İŞİD-i Səudiyyə Ərəbistanı maliyyələşdirir
Mənbə İŞİD-in maliyyə qaynaqlarına toxunaraq bildirib ki,
terrorçu təşkilatı Səudiyyə Ərəbistanı maliyyələşdirir:
"Səudiyyə Ərəbistanı kral ailəsinin öndəgedən adlarından olan
Şahzadə Abdurrahman Əl-Faysal İŞİD terrorçuları arasında "əmir"
seçilib. Şahzadə əməliyyatlara maliyyə xərcləri ayırmaqdan başqa bu
təşkilatda məsul simalardan biridir. Lakin təşkilatın mərkəzi
Ankarada olan ABŞ səfirliyidir. Məndə olan məlumata görə, səfir
Fransis Rikkiardoni olmadan heç bir qərar verilmir".