Yuxarı

Ərdoğanla Putin razılaşdı: Qüds müzakirəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər Qüdslə bağlı baş verən son proseslər haqqında fikir mübadiləsi aparıblar.

Ərdoğan İsrailin 1980-ci ildə Qüdsü ilhaq etməsi ilə bağlı qərarının BMT tərəfindən rədd edildiyini həmkarının diqqətinə çatdırıb və Trampın son qərarının regionda sülhü zədələcəyini əlavə edib.

Putin də öz növbəsində Ərdoğanla həmfikir olduğunu bildirib və bu məsələni BMT TŞ çərçivəsində diqqətdə saxlayacaqlarını vurğulayıb.

Hər iki lider beynəlxalq məsələlərlə bağlı müzakirələr aparmaq üçün daim əlaqədə olacaqları ilə bağlı razılığa gəlib.

Tarix
2017.12.07 / 22:08
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla