Yuxarı

Prokurorun şok iddiasına Saakaşvilidən - Cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvilini Rusiya xüsusi xidmət orqanları öldürə bilər.

Axar.az xəbər verir ki, bunu dünən Mixail Saakaşvilinin məhkəməsində çıxışı zamanı ukraynalı prokuror iddia edib. Onun sözlərinə görə, Rusiya Saakaşvilini öldürməklə Ukraynada destabilizasiya yaratmaq istəyəcək:

“Ukraynada vəziyyətin destabilizasiya üçün əsas variantlardan biri Rusiya xüsusi xidmət orqanlarının Saakaşvili və Danqadze məhv etmək cəhdləri ola bilər. Məhkəmə Saakaşvili haqqında sutkalıq ev dustaqlığı və elektron bilərzik daşıması qərarı çıxarmalıdır. Bu qərar sayəsində yuxarıda səsləndirdiyim fərziyyələrin reallaşmaması üçün şübhəli şəxsin mühafizəsini təşkil etmək mümkün olacaq”.

Bundan sonra Saakaşvili ayağa qalxaraq emosional nitq söyləyib:

“Məndə artıq dejavyu yaranır. Birinci dəfə məni SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına 1986-cı ildə saldılar. Bu uşaqların (prokurorlar nəzərdə tutulur – red.) çox az yaşı var, amma onlar əvvəlki DTK-çıdırlar. Məni Poroşenko və Lutsenko ciddi təhqir edib. Məni FTX xəfiyyəsi adlandırdılar. Bu məni dərindən yaraladı. Mənim ulu nənəmi NKVD öldürüb, babamı isə QULAQ-da öldürüblər. Əgər mən FTX-çıyamsa, o zaman Putin mənim arxamca təyyarə göndərəcək. O məni bütün ukraynalılara dəyişər. Kiyevdə həbsdə qalan Saakaşvili Vladimir Putinin ən böyük arzusudur. Siz anlamırsınız ki, nədə iştirak edirsiniz. Rusiya hazırda xoşbəxtdir, Ukrayna isə biabırçılıq içindədir. Bu cür neqativ təbliğata Ukrayna ikinci Maydandan bu yana sahib olmayıb. Əgər siz mənim həyatımdan narahatsınızsa, məni FTX-nın öldürəcəyini düşünürsünüzsə, mənə iki mühafizəçi verin. Onsuz da bütün hallarda mənim arxamca Ukrayna Təhlükəsizlik Xidmətinin üç maşını gəlir”.

Saakaşvilinin bu çıxışı hakimin 15 dəqiqəlik fasilə elan edərək, zalı tərk etməsinə səbəb olub.

Qeyd edək ki, ötən gün uzun müddət davam edən dinləmələrdən sonra məhkəmə M.Saakaşvilinin həbs və ya ev dustaqlığı barədə qərar çıxarmaqdan imtina edərək, onu məhkəmə zalından azadlığa buraxıb.

Tarix
2017.12.12 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla