Yuxarı

ABŞ İranın 16 milyardlıq sazişini ləğv edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Boinq” və “Eyrbus” şirkətlərinə İrana sərnişin təyyarələrinin tədarükünü qadağan edə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” yayıb. İranın bu şirkətlərin təyyarələri vasitəsilə Suriyaya hərbçi və hərbi texnika daşıya biləcəyindən ABŞ-ın qorxduğu bildirilir:

“Buna görə də Vaşinqton “Boinq” və “Eyrbus”ın İrana tədarükünə qadağanın qoyulması imkanlarını öyrənir. Vaşinqton bunun üçün şirkətlər qarşısına çox sərt tələblər qoya bilər ki, bu da tərəflər arasında müqavilənin icrasına mane olar”.

Qeyd edək ki, keçən ilin sentyabrında ABŞ İrana sərnişin təyyarələrinin satılmasına izn verib. Bundan üç ay sonra isə İranın “İran Eyr” aviaşirkəti “Boinq”lə 80 təyyarənin alınması ilə bağlı müqavilə imzalayıb.

Təyyarələr İrana 10 il ərzində verilməli idi. Müqavilənin dəyəri 16,6 milyard dollar təşkil edirdi.

Fransanın “Eyrbas” şirkətinə gəlincə isə o da İrana təyyarələrin tədarükü üçün ABŞ-dan icazə almaq məcburiyyətindədir. Belə ki, bu şirkətin təyyarələrinin hazırlanmasında istifadə olunun detalların böyük hissəsi Amerikadan idxal edilir.

Tarix
2017.12.16 / 10:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla