Yuxarı

Şimali Koreyanın agenti Avstraliyada həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada Koreya Xalq Demokratik Respublikası adından kömür və raket hissələrini satmaqda şübhəli bilinən şəxs həbs olunub.

Axar.az Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, Çan Xan Çoy adlı şəxsin 59 yaşı var. O, artıq 30 ildir ki, dissident kimi Avstraliyada yaşayır. Polisin məlumatına görə, həmin şəxs İndoneziya və Vyetnama ümumi məbləği təqribən 10 milyon dollar olan ballistik raket hissələri və kömür satmağa çalışıb.

Avstraliya polisi onunla 2016-cı ildən maraqlanmağa başlayıb. Hüquq mühafizə orqanlarının nümayəndəsinin bildirdiyinə görə, şübhəli şəxs Şimali Koreyanın sadiq agentidir və inanır ki, yüksək vətənpərvərlik məqsədlərinə xidmət edir.

Bu şəxs kütləvi qırğın silahının yayılmasına qarşı müqaviləni, həmçinin BMT və Avstraliya hökuməti tərəfindən Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunur. Onu 18 il həbs cəzası gözləyir.

Tarix
2017.12.17 / 20:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla