Yuxarı

ABŞ İranın raket istehsalına qadağaya hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Tehranın husilərə silah tədarük etməsiylə bağlı BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini çıxarmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

“Biz İrana qarşı yeni sanksiyalar hazırlaya bilərik. Bu sanksiyalar Yəmənə qarşı silah embarqosunun pozulmasına cavab olacaq. Səudiyyə Ərəbistanının husilər tərəfindən raket atəşinə məruz qoyulması BMT Təhlükəsizlik Şurası üçün həyəcan siqnalıdır. Husilər Ər-Riyadı vurmaq üçün məhz İranın istehsal etdiyi raketlərdən istifadə edir. Biz təkilif edirik ki, İranın ballistik raket istehsalı tam qadağan olunsun. Yaxın zamanlarda biz bunun üçün təkliflər irəli sürəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə N.Heyli İranın raket istehsalı ilə bağlı BMT qətnaməsini pozduğunu bildirmiş və buna görə İrana qarşı koalisiya yaradacaqlarını qeyd etmişdi

Tarix
2017.12.20 / 16:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla