Yuxarı

HƏMAS atəşkəs şərtlərini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS atəşkəs şərtlərini açıqladı

HƏMAS Misirin atəşkəs elan olunması təklifinə öz şərtləri ilə cavab verib.

Axar.az xəbər verir ki, İsrailin təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyən HƏMAS özünün təklif etdiyi şərtlərin qəbul ediləcəyi təqdirdə atəşkəsin elan oluna biləcəyini açıqlayıb.

HƏMAS-ın təklif etdiyi şərtlər bunlardır:

"Qəzzaya tətbiq olunan embarqonun ləğv edilməsi, "Rifah" Sərhəd məntəqəsinin açılması, 12 iyundan bəri həbs olunanların sərbəst buraxılması, Qəzza sahilində davamlı daraldılan balıq ovu sahəsinin genişləndirilməsi, İsrailin Fələstinin daxili işlərinə qarışmaması".

Qeyd edək ki, HƏMAS-ın şərtlərinə hələlik cavab verməyən İsrail tərəfi atəşkəs elan olunması üçün öz şərtlərini irəli sürmüşdü. Şərtlərinə gəlincə isə, İsrail quru əməliyyatlarını dayandıracağına, gediş-gəlişin bərpa olunacağına zəmanət verərək əhalinin yaşadığı bölgələrə hava zərbələri endirməyəcəyini və qarşılığında HƏMAS-ın zəmanət verərək İsrailə raket zərbələri yağdırmayacağını təklif etmişdi.

Xatırladaq ki, iyulun 12-də 3 yəhudinin itkin düşməsi və 18 gündən sonra ölüsünün tapılması nəticəsində mindən çox fələstinli nəzarətə alınıb. Nəzarətə alınanlar arasında 12 millət vəkili də var.

Bundan başqa 2 həftə ərzində Fələstinə edilən hava zərbələri nəticəsində 204 fələstinli həyatını itirib, 1400-dən çoxu isə yaralanıb.

Tarix
2014.07.16 / 17:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla