Yuxarı

İzmir su altında qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İzmir su altında qaldı

"Axar.az" Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirdə yağan güclü yağış şəhər həyatını bərbad edib. Güclü yağışın təsirindən çox sayda ev və iş yerləri suyun altında qalıb və hazırda nəqliyyatın hərəkəti iflic vəziyyətdədir.

Bu gün saat 04.00-də başlayan, xüsusilə saat 07.00-dan etibarən şiddətlənən yağış bütün şəhəri gərgin vəziyyətə salıb. Səhər saatlarında işə gedən insanlar nəqliyyatın hərəkətinin məhdudlaşması üzündən dayanacaqlarda sıxlıq yaradıb və nəticədə izdiham yaşanıb.

Şəhər içindəki yağış sularının toplandığı ən böyük dərə olan "Meles"in dənizlə qovuşduğu nöqtədə pik həddə çatması aidiyyəti qurumları hərəkətə gətirib. Melesin Yaşıldərə hissəsində suyun səviyyəsinin artması nəticəsində dərə kənarındakı evlər də su altında qalıb. Ara-sıra internet və enerji xətlərində problemlər yaşanıb.

Xilasetmə Dairə Rəhbərliyinin göstərişi ilə, 670 personal, 192 vasitə, 92 motopomp, 42 iş maşını, 18 yük maşını, 19 iş maşını, 4 ədəd xüsusi yük maşını, 29 kanal vasitəsi işə cəlb olunub.

Tarix
2013.11.25 / 15:57
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla