Yuxarı

HƏMAS İsrailə terrorçu dəstə göndərdiyini etiraf etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS İsrailə terrorçu dəstə göndərdiyini etiraf etdi - Video

HƏMAS-ın qolu olan "İzz əd-Din əl-Kassam" qruplaşması İsrailin ərazisinə 13 terrorçunun göndərilməsi faktını öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, "İzz əd-Din əl-Kassam"ın verdiyi informasiyaya əsasən, bütün qruplaşma sağ-salamat Qəzzaya dönüb:

"Təşkilatımızın xüsusi qoşunları düşmənin Sufa ərazisinə daxil olmaq üçün xüsusi əməliyyat həyata keçirib. Bu, səhər saat 04:00-da baş verib, lakin əməliyyatdan sonra qruplaşma İsrailin müdafiə qüvvələri ilə üz-üzə gəlib".

Qeyd edək ki, bir müddət öncə KİV ölkənin silahlı qüvvələrinin mətbuat xidmətinə istinad edərək terrorçuların həqiqətən də yeraltı tunel vasitəsilə İsrail ərazisinə çıxmağa müvəffəq olduqları, lakin çıxışda ordu tərəfindən atəşə tutulduqları haqqında informasiya yaymışdı. Məlumatda HƏMAS üzvlərindən 8-nin öldürüldüyü, qalan 3-nün isə həmin yeraltı tunel vasitəsilə Qəzza bölgəsinə qayıtdığı bildirilmişdi. Qrupun operativ şəkildə məhv edilməsi İsrail Silahlı Qüvvələrinin təhlükəsizlik xidməti orqanlarından aldığı informasiyanın sayəsində mümkün olmuşdu. Daha sonra isə İsrailin Hərbi Hava Qüvvələri terrorçuların Qəzzaya qayıtdığı tunelə zərbələr endirmişdilər. Toqquşma ərazisinə baxış keçirilərkən İsrail hərbçiləri bir neçə Kalaşnikov avtomatı, əl qumbaraları və çoxlu sayda tank əleyhinə qumbaraatanlar tapmışdılar.

HƏMAS-ın hücum anının görüntülərini təqdim edirik.

Tarix
2014.07.17 / 18:12
Müəllif
Rəşid Mustafazadə
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla