Yuxarı

Rusiya XİN: “ABŞ bizdən intiqam almağa çalışır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya XİN: “ABŞ bizdən intiqam almağa çalışır”

Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin (AB) ABŞ-ın təhdidinə boyun əyərək Rusiyaya qarşı sanksiya siyahısına qoşulmasını tənqid edib.

Axar.az xəbər verir ki, ABŞ-ın sanksiya siyahısını açıqlamasından sonra AB də sanksiyaya qoşulacağını və bu ayın sonunadək təqdim edəcəyi ad və şirkətlərin siyahıya əlavə olunacağını bildirib.

Mövzuyla əlaqədar Rusiya Xarici İşlər Nazirliyindən verilən şərhdə "AB öz xeyrini tapdalayaraq bizə qarşı sanksiyalara qoşulur. Biz buna təəssüflənirik", - deyə bildirilib.

ABŞ intiqam almağa çalışır

Rusiyanın xarici siyasət idarəsi qərarla bağlı onu da bildirib ki, bu, qərəzli addımdır: "ABŞ Ukrayna böhranına görə Rusiyadan intiqam almağa çalışır. Ukraynada baş verən hadisələr ABŞ-ın maraqlarına uyğun gəlmədiyi üçün bu hadisələr baş verir. Sanksiya qərarlarını belə qiymətləndiririk".

Xatırladaq ki, bu gün ABŞ prezidenti Barak Obama sanksiyaların yeni siyahısını açıqlayıb. Siyahıya Rusiya prezidentinin köməkçisi İqor Şeqolev, Krım üzrə nazir Oleq Savelev, parlamentin vitse-spikeri Sergey Neverov, qondarma Donetsk Xalq Respublikasının Baş naziri Aleksandr Boroday, o cümlədən "İmjmaş", "Bazalt", "Uralvaqonzavod", "Vneşekonombank", "Qazprombank" və "Rosneft" kimi iri şirkətlər daxil edilib.

Tarix
2014.07.17 / 18:40
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla