Yuxarı

ABŞ-Rusiya böhranı: Əlaqələr 80-ci illərə qayıda bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-Rusiya böhranı: Əlaqələr 80-ci illərə qayıda bilər

ABŞ-ın bir sıra rus rəsmilərinə və bir neçə şirkətə yeni sanksiyaların tətbiq edilməsi Moskvanın ard-arda sərt reaksiyalarına səbəb olub.

Axar.az xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedev iqtisadi sanksiyaların Rusiya-Qərb münasibətlərini 80-ci illərə qaytaracağı xəbərdarlığını edib.

Qərb ölkələrinin elan etdikləri sanksiyaların BMT qərarlarına zidd olduğunu deyən Medvedev "Bu sanksiyaları elan edən ölkələrlə əlaqələrimiz 80-ci illərə qayıda bilər. Bu, çox kədərlidir. Əgər tərəfdaşlarımız bunu istəyirsə, bu, baş tutacaq", - deyə Qərbi tənqid edib.

Bundan başqa Medvedev sanksiya nəticəsində Rusiyada Amerika və Avropa əleyhdarlarının artacağı, xalqların öz ölkələrinin maraqlarını qorumaq üçün reaksiya verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiya paketinə iki bank - "Gazprombank" və "Vneşekonombank", iki enerji şirkəti - "Novatek" və "Rosneft" daxildir.

ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsindən verilən məlumata görə, sanksiya siyahısına Rusiyanın "Almaz-Antey" və "Kalaşnikov" kimi müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkətlər, "İjmaş", "Bazalt", "Uralvagonzavod", "NPO Maşinostroyenia" və "KB Təchizat Dizaynı Bürosu" da daxildir.

ABŞ-ın baş maliyyə idarəsinin verdiyi məlumata görə, sanksiyalara səbəb Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sabitliyi və təhlükəsizliyinin təhdid edilməsidir.

Xatırladaq ki, Avropa Birliyi üzv ölkələri ilə koordinasiyalı şəkildə sanksiya təklifi Obama tərəfindən İngiltərə Baş naziri Devid Kameron, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə görüş zamanı irəli sürülüb.

Tarix
2014.07.18 / 12:42
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla