Yuxarı

Qasırğa Almaniyaya yarım milyard avro zərər vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya sığortaçılarının birləşmiş ittifaqı (GDV) “Friderike” qasırğasının ölkəyə vurduğu zərəri 500 milyon avro həcmində qiymətləndirib.

Axar.az xəbər verir ki, “Friderike” qasırğası gücünə görə 2007-ci ildə Almaniyada baş verən “Kirill” qasırğasından sonra ikinci yerdədir. Lakin vurduğu zərərə görə “Kirill” “Friderike” qasırğasını xeyli qabaqlayır – o vaxt Almaniyaya dəyən zərər təxminən 2 milyard avro olub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılan uzaq səfər qatarlarının hərəkəti yanvarın 19-da qismən bərpa olunub, lakin qasırğa 200-dən çox dəmir yolunu zədələdiyi üçün tam gücü ilə fəaliyyət göstərə bilmir. Bundan başqa, “Mitnetz Strom” elektrik kompaniyasının məlumatına əsasən, Saksoniya, Saksoniya-Anhalt və Turingiya federal torpaqlarında 16 min evin elektrik təminatı hələ də bərpa edilməyib.

Qeyd edək ki, yanvarın 18-də “Friderike” qasırğası səbəbindən Almaniya ərazisinin çox hissəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Dağlıq ərazilərdə küləyin sürəti saatda 200 kilometri keçib. Təbii fəlakət qurbanlarının sayının 8 nəfərə çatdığı bildirilir.

Tarix
2018.01.19 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla