Yuxarı

Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli general İhsan Başbozkurd “Zeytun budağı” əməliyyatını dəyərləndirərkən deyib.

Mükəmməl taktika və koordinasiya

“Əməliyyatın planlanması, hazırlığı, başlanğıcı və bu günə qədər əldə olunan irəliləyişlərə nəzər salsaq, mükəmməl bir taktika və strateji uğur olduğu görünür. Çox çətin şəraitlərdə, dağlıq, qayalıq, meşəlik ərazilərdə keçirilən bir əməliyyat ancaq belə planlana və həyata keçirilə bilər”.

Gündüz vaxtı qəfildən...

“Afrinə hücum, irəliləmə istiqamətləri mükəmməl seçilmiş və terror qruplaşmasının qısa müddətdə çökməsinə səbəb olmuşdur. Digər tərəfdən, qəfil bir gecə deyil, gündüz hücuma başlanması da uğuru artırmış və təşkilatın dağılmasını sürətləndirmişdir”.

Arxayınlaşmaq olmaz

“İlk günlərdəki uğurdan arxayınlaşmaq olmaz. Çünki bu əməliyyat nizamlı bir əməliyyatla nizamsız hərbin birlikdə tətbiq olunduğu xüsusiyyətə sahibdir. Beynəlxalq partizan savaşı aparan cani bir qruplaşma ilə qarşı-qarşıyayıq. Bu qruplaşmanın qarşısında “Fərat qalxanı” ilə təcrübə qazanmış, PKK-nı məhv etmək sahəsində nizamsız savaşı çox yaxşı tətbiq edə bilən TSQ mövcuddur. İki fərqli xarakteristikaya sahib bu əməliyyatı eyni vaxtda çox yaxşı tətbiq edə bilən dünyadakı yeganə ordu türk ordusudur”.

Sevr planı dəfn edilir

“Əməliyyatın ən kritik nöqtəsi coğrafi olaraq Tel Rıfat-Minniğ və İdlibdəki müşahidə nöqtələrinin olduğu xəttin birləşdirilməsidir. Hərbi ədəbiyyatda buna savaşın ağırlıq mərkəzi deyilir. Hərəkatın ən önəmli nəticəsi Fransanın müəyyən etdiyi, ata Əsəddən indiyə qədər vəd edilən və Hatayın torpaqlarımızdan qoparıldığı Sevr masasındakı xəritənin tarixə gömülməsi olacaqdır”.

Dalğa-dalğa çökəcək

“Afrinin belə bir xüsusiyyəti var. Afrin PKK üçün qondarma dövlət qurulmasında sonuncu zəncirdir. Üç kanton mövcuddur (Cəzirə, Kobani və Afrin). PKK-nın Afrindən çıxarılması ilə qalalardan biri dağıdılacaq. Terror koridorunun son zənciri qırılacaq”.

O xəritəni cırıb atın

“Əməliyyat xüsusilə ABŞ və İsrailin əlaltılarına mesajdır. Yerinizi və mövqeyinizi müəyyən edin, tərəfinizi göstərin, masadakı xəritələri cırıb atın. “Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır. Bu əməliyyat Rusiya və İrana “harada duracağınıza qərar verin” mesajıdır. Bu əməliyyat Sevr planına dur deməkdir”.

Tarix
2018.01.24 / 10:40
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla