Yuxarı

Rusiyadan ABŞ-a cavab: “McDonalds” restoranları bağlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a cavab: “McDonalds” restoranları bağlanır

Rusiya Xalq Sağlamlığı İdarəsi "McDonalds" restoranlarının qida məhsullarını nəzarətə götürüb.

Axar.az xəbər verir ki, idarənin direktoru Anna Popova "McDonalds" ilə bağlı şikayətlərin olduğunu bildirib. Onun sözlərinə görə, restoranın təklif etdiyi qida məhsullarında keyfiyyət, gigiyenik və təhlükəsizlik problemləri var. Eyni zamanda aparılan yoxlamalar nəticəsində məhsullarda "Escherichia coli" adlanan bağırsaq bakteriyası tapılıb. Bundan sonra sağlamlıq idarəsi "McDonaldsı" məhkəməyə verib.

Qeyd edək ki, Rusiyada ilk "McDonalds" Sovet İttifaqı dağılmazdan öncə 31 yanvar 1990-cı ildə Moskvada açılıb. İkinci restoran isə 1993-cü ildə Moskvada, 1996-cı ildə isə Sankt Peterburqda açılıb. Hazırda Rusiyada 200-dən çox "McDonalds" restoranı fəaliyyət göstərir və gündəlik 600 min müştəriyə xidmət edir.

Xatırladaq ki, aprel ayında Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkədə fəaliyyət göstərən bütün "McDonalds" restoranlarının bağlanılmasını təklif etmişdi.

Bəzi ekspertlərə görə, bu qərar sırf Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq verilib.

Tarix
2014.07.26 / 19:44
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Diplomatiyada tarixi və diqqətçəkən dönüş nöqtəsi...

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla