Yuxarı

Ərdoğandan Hakan Şükürə xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Hakan Şükürə xəbərdarlıq

"Şübhəlilərin əlində mobil telefon gördüm, bu, doğru deyil".

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, AKP-nin keçmiş üzvü, millət vəkili və keçmiş futbolçu Hakan Şükürün "paralel dövlət" yaratmaq ittihamı ilə həbs edilən şəxslərə baş çəkməsinin yolverilməz olduğunu deyib:

"Mən şübhəlilərin əlində mobil telefon gördüm, bu, doğru deyil. Anlamıram, qanunun 138-ci maddəsi buna izn verməyə-verməyə onlar niyə telefonla gözə girirlər?!"

Baş nazir həmçinin PKK-nın hücumları, keçiriləcək seçkilər, həmçinin İsrailin Qəzzaya hücumuna da münasibət bildirib:

"Mən bildiyimə görə, biz 3 şəhid vermişik, amma PKK 6 terrorçu itirib. Geriyə addım atmaq fikrimiz yoxdur. Biz bununla yanaşı Suriyadakı türkmanlara da yardımlar edirik".

10 avqust seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə inanan Baş nazir qəzzada baş verənlərin həssas nöqtə olduğunu qeyd edib:

"Onlar bizim qardaşlarımızdır. Bu bayram biz yas içindəyik. Həmin məsələlər sıradan deyil. Ona görə biz bu işə ehtiyatla yanaşırıq".

Xatırladaq ki, R.T.Ərdoğanın irad tutduğu Hakan Şükür Türkiyədə baş tutan "paralel dövlət" əməliyyatlarına etiraz olaraq AKP üzvlüyündən istefa vermişdi.

Tarix
2014.07.28 / 13:21
Müəllif
Tural İbadov
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla