Yuxarı

AB-dən Rusiyaya silah satışı qadağası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən Rusiyaya silah satışı qadağası

Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsi haqda qərar qəbul edib.

Axar.az xəbər verir ki, yeni sanksiyaların əsas hədəfində Rusiya iqtisadiyyatı durur. Yeni sanksiyalara uyğun olaraq Avropa Birliyinə daxil olan 28 ölkə gələcəkdə Rusiyaya silah satmayacaq. Bundan əlavə, neft-qaz sektorunda istifadə edilən bəzi texnologiyaların istifadəsi məhdudlaşdırılacaq. Həmçinin bəzi rus bankları Avropanın maliyyə sektorundan uzaqlaşdırılacaq. Avropa Birliyi Putinin yaxın ətrafında olan şəxslərə qarşı tətbiq etdiyi sanksiyaları da genişləndirəcək. Sanksiya tətbiq ediləcək şəxslərin siyahısı bu gün açıqlanacaq.
Qəbul edilən qərarların dərhal qüvvəyə minəcəyi bildirilib.

ABŞ-ın da Avropa Birliyi kimi oxşar sanksiyalar tətbiq edəcəyi açıqlanıb.

Qeyd edək ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinin səbəbi olaraq Ukraynanın şərqində baş verən böhran göstərilir.

Tarix
2014.07.30 / 15:26
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla