Yuxarı

Amerikalılar Kerridən İsrailə qarşı dik dayanmağı tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət katibi Con Kerrinin evinin önündə "Kodepink" adlı vətəndaş cəmiyyəti təşkilatı etiraz aksiyası keçirib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 nəfər "Kodepink" üzvü axşam saatlarında Dövlət katibi Kerrinin Corctaundakı evi qarşısında toplanıb.

Etirazçılar "Kerri, Netanyahuya qarşı dik dayan", "Döyüşü dayandırın" kimi şüarlar yazılmış plakatlarla çıxış ediblər. Eyni zamanda, "Ölümləri dayandırın", "Qəzzada mühasirəni ləğv edin", "Azad Fələstin" kimi şüarlar da söyləyiblər.

Çıxışlarda İsrailin Qəzzaya aramsız davam etdirdiyi hücumların sona çatdırılması, vətəndaş ölümlərin dayandırılması və Kerrinin İsrail Baş naziri Netanyahuya qarşı durması tələb edilib.

"Kodepink"in nümayəndələrindən biri olan Medea Bencamin Kerrinin atəşkəs üçün təzyiqi artırmasını istədiklərini söyləyib:

"İsrail Con Kerrini HƏMAS-ı dəstəklədiyi üçün tənqid olunur. Ancaq Kerri HƏMAS-la danışığa yanaşmır belə. Kerri Qəzza xalqının daha çox sərbəstliyə, azadlığa ehtiyacı olduğunu söyləyib. Biz Kerrinin danışıqlardan əmələ keçməsini istəyirik. Qəzzanın sərhədlərinin açıq olmasına ehtiyacı var. Qəzzadakı insanlar ticarət edə bilməli, normal insanlar kimi yaşaya bilməlidir. Tunel hücumlarının, İsrailə raket atılmasının da sona çatmasını istəyirik. Bu gün "İsrail Baş naziri Netanyahuya qarşı dik dayan, fikrindən imtina etmə və atəşkəs üçün təzyiqi artır" demək üçün burdayıq".

Qeyd edək ki, "Kodepink" İsrailin Vaşinqton səfirliyi qarşısında da "vətəndaş itaətsizliyi" hərəkatı keçirəcək.

Tarix
2014.07.30 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla