Yuxarı

Astana AB-ni Orta Asiyaya çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik.

Axar.az xəbər verir ki, bunu AB ilə Mərkəzi Asiya arasındakı münasibətlərin 25 illiyi ilə bağlı keçirilən konfransda çıxışı zamanı Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürrəhmanov söyləyib.

“Qazaxıstan AB-nin Mərkəzi Asiya strategiyasının yenilənməsini dəstəkləyir. Biz onun aktuallaşdırılması ilə bağlı konkret təkliflərlə çıxış etməyə hazırıq. Bu proqramın gələn ilin ortalarına hazırlanması nəzərdə tutulub. Burada gələcək əməkdaşlığın əsas prioritetləri cəmləşəcək. Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik. Bu, Avropa şirkətlərinin regional bazarlara çıxışı üçün yeni imkanlar yaradacaq və onun mövqelərini regionda gücləndirəcək”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda Mərkəzi Asiya siyasi və iqtisadi baxımdan daha çox Çin və Rusiyanın təsiri altındadır. Moskvanın bölgə ölkələrinin demək olar ki, əksəriyyəti üzərində mütləq hakimiyyəti mövcuddur. Mərkəzi Asiyadakı 2 dövlət Avrasiya İttifaqına üzvdür. Digər üç dövlət isə Moskvanın əsas lokomotiv rolunu oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür.

İslam Kərimovun ölümündən sonra Rusiya Özbəkistanda mövcud olan təsir gücünü daha da artırıb.

Tarix
2018.02.22 / 12:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla