Yuxarı

General: “Ərdoğanı xəbərdar etmişdim”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
General: “Ərdoğanı xəbərdar etmişdim”

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin (TSQ) şəxsi heyətində istintaqın başlanılması barədə fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Başbuğ TSQ rəhbəri olduğu dövrdə orduda çevriliş etməyə cəhd edənlərin gizli istintaqının aparıldığını və tərtib olunmuş siyahını Ərdoğana təqdim etdiyini deyib.

General məlumatları Baş nazirə verdiyini, Ərdoğandan isə öz növbəsində "qiymətləndirəcəyik" cavabı aldığını bildirib.

Qeyd edək ki, 22 iyul istintaqı aparılarkən ən təəccüblü açıqlamanı elə 26-cı Baş Qərargah rəisi olmuş İlkər Başbuğ vermişdi. O, "Müxtəlif yerlərdən aldığımız məlumatlar sui-qəsd əməliyyatının arxasında polislərin olduğunu göstərir. Aldığımız məlumatlar əsasında biz siyahı hazırladıq. Bu siyahını da Ərdoğana verdik. Qeyd edim ki, siyahıda birinci ad Əli Fuad Yılmazər var idi", - deyərək istintaqın hələ bir neçə il qabaq başladığını bildirmişdi.

Onu da bildirək ki, Baş nazir Ərdoğan təqaüddə olan generalın sözlərini təsdiqləyib:

"İlkər Başbuğun dedikləri ilə tanışam. O mənə "Bu gün bizə, sabah sizə" deyərək, məni əvvəlcədən xəbərdar etmişdi. Həqiqətən də hadisələr generalın dediyi kimi oldu".

Tarix
2014.08.01 / 22:52
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla