Yuxarı

ABŞ Senatı İrana sanksiyaları dayandırmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Senatı İrana sanksiyaları dayandırmır

İrana qarşı yaxın vaxtlarda istənilən yeni sanksiyaların qəbul edilməsi nüvə problemi üzrə danışıqlara xələl gətirəcək.

"Axar.az" Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bildirib.

Demokrat çoxluğunun lideri Harri Rid senatda bazar ertəsi bildirib ki, senat Cenevrədə İranın nüvə problemi ilə bağlı əldə olunmuş sazişə baxmayaraq, dekabrda İrana qarşı sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü haqqında məsələyə baxacaq.

"Danışıqlar zamanı istənilən yeni sanksiyaların qəbul edilməsi faydalı olmayacaq və səylərimizi riskə məruz qoya bilər", - Psaki deyib.

Bununla yanaşı, onun sözlərinə görə, əgər İran yaxın altı ay ərzində razılaşmaya əməl etməsə və ya yarım ildən sonra yekun razılaşmadan imtina etsə, onda administrasiya sanksiyaların bərpasını və hətta sərtləşdirilməsini mümkün sayır.

Tarix
2013.11.27 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla