Yuxarı

Şok: Rusiya hava məkanını Avropa üçün bağlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Rusiya hava məkanını Avropa üçün bağlayır

Rusiya hökuməti Avropanın nəhəng aviaşirkətlərinin istifadə etdiyi Transsibir hava məkanını bağlamağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" qəzeti məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı Rusiyanın Nəqliyyat və Xarici İşlər Nazirliyi səviyyəsində məsləhətləşmələr aparılır.

Rusiyanın bu addımı Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirilir. Bu sanksiyalardan sonra Avropa biznesi də ciddi ziyan çəkəcək. Transsibir hava məkanından "Lufthansa", "British Airways", "Air France" kimi nəhəng şirkətlər Avropadan Şərqi Asiyaya uçuşlar həyata keçirirlər. Avropalıların Rusiyanın bu sanksiyadan sonra düşəcəyi ziyanın məbləği milyardlarla avro ilə ölçülür.

Rusiyanın "Aeroflot" aviaşirkəti də ciddi ziyana düşəcək. Şirkət Transsibir dəhlizinin istifadəsinə görə, ildə 300 milyon dollar alırdı.

Hər iki nazirlik məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Tarix
2014.08.05 / 14:51
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla