Yuxarı

Şok: Conson rus səfirin uzanan əlini havada qoydu – Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:11

Böyük Britaniya Xarici İşlər naziri Boris Conson az öncə keçirilən rəsmi qəbulda Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə səfir özü danışıb. Yakovenko insidentə çox soyuqqanlı reaksiya verdiyini və nazirlə istənilən məsələnin müzakirəsinə hazır olduğunu bildirib.

“Səfirin XİN-ə çağırılması zamanı müəyyən protokol qaydalar mövcuddur. Əlbəttə, Conson bütün görünüşü ilə Rusiya siyasətinə etirazını nümayiş etdirirdi. O, mənə arzulanmayan məqamları danışmalı idi, səfir əl görüşməməyi haqq etmir axı”, - Yakovenko bildirib.

Buna baxmayaraq, olayı çox sakit qarşıladığını deyən səfir onun üçün vacib məqamın hətta bu cür naqolay vəziyyətdə belə danışmaq və onu narahat edən sualları nazirə ünvanlamaq olduğunu xatırladıb:

“Consondan Rusiyaya qarşı kiberzərbə barədə parlamentin bəyanatı və təhdidinə necə yanaşmaq lazım gəldiyini soruşdum. O isə mənə heç bir cavab vermədi. Mənə dedilər ki, cənab səfir, siz, görünür, düzgün anlamamısınız”.

Qeyd edək ki, Böyük Britaniya ilə Rusiya arasında münasibətlər Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skripal və onun qızının zəhərlənməsi olayından sonra kəskin pisləşib.

Tarix
2018.03.16 / 23:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla